hia.az
hia.az

Müdafiə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hərbi hissələrdə birgə tədbirlər keçirib

416 dəfə baxılıb 22-12-2018, 15:17

Müdafiə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hərbi hissələrdə birgə tədbirlər keçiribMüdafiə Nazirliyinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin cari il üçün birgə fəaliyyət planına əsasən, hərbi birliklərdə və qoşun növlərində tədbirlər keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirlərdə milli-mənəvi dəyərlərimizin qorunmasında dövlətimiz tərəfindən görülən tədbirlər, gənclərimizin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsində dinin rolu, radikalizmi doğuran səbəblər və onunla mübarizə üsulları qeyd edilib, bu istiqamətdə aparılan maarifləndirmə işinin xüsusiyyətləri diqqətə çatdırılıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Şəhadət” sənədli filminə kütləvi baxışdan sonra hərbi qulluqçular filmdə qaldırılan məsələləri müzakirə edib, fikir və təkliflərini bildiriblər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi