hia.az
hia.az

ATƏT PA-nın fəaliyyəti təkmilləşdirilir

263 dəfə baxılıb 3-12-2018, 11:29

ATƏT PA-nın fəaliyyəti təkmilləşdirilirMilli Məclisin (MM) deputatı, ATƏT Parlament Assambleyasının (PA) vitse-prezidenti Azay Quliyev qurumun Büro iclasında və ATƏT-in Nazirlər Şurasının 25-ci toplantısında iştirak etmək üçün dekabrın 4-də İtaliyanın Milan şəhərinə səfərə gedəcək.

hia.az xəbər verir ki, Büro iclasında ATƏT PA-nın 2019-cu il üçün prioritet fəaliyyət istiqamətləri, Assambleyanın qış və yay sessiyalarının, eləcə də, nəzərdə tutulmuş digər iclaslarının gündəliyinə aid məsələlər və aktuallıq kəsb edən digər mövzular müzakirə olunacaq.

İclasda ATƏT PA-nın fəaliyyətini təkmilləşdirmək və institusional səviyyədə yeni təcrübələri tətbiq etmək məqsədilə qurumda keçirilməsi nəzərdə tutulan islahatlara dair təkliflərə və qurumun seçki müşahidə missiyalarının prosedur qaydalarına dəyişikliklərin edilməsi məsələsinə baxılacaq.

ATƏT-in Nazirlər Şurasının 25-ci iclasında bir sıra mövzular ətrafında geniş fikir mübadiləsi aparılacaq.

A.Quliyev Büro iclasında müzakirəyə çıxarılan məsələlərə dair öz fikirlərini bildirəcək.

Səfər dekabrın 8-də başa çatacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi