hia.az
hia.az

Parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü: “Gürcüstandakı seçkilərdə xalqın gözləntilərinin doğrulmasını arzulayırıq”

247 dəfə baxılıb 29-11-2018, 14:33

Parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü: “Gürcüstandakı seçkilərdə xalqın gözləntilərinin doğrulmasını arzulayırıq”“Vahid regionda yaşamağımıza, ortaq tarixi keçmişimizə, həmçinin hazırki reallıqda sıx münasibətlərimizə rəğmən Gürcüstanda keçirilən prezident seçkilərinin nəticələri Azərbaycan üçün də böyük əhəmiyyət daşıyırdı. Biz ilk növbədə xalqın həmin nəticələri qəbul etməsini və gözləntilərinin doğrulmasını arzulayırıq. Kimin qalib gəlməsi Azərbaycan xalqının iradəsi əsasında müəyyənləşmirdi”.

Bunu “Report”a açıqlamasında Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvü Zahir Oruc Gürcüstanda keçirilən prezident seçkilərinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, Azərbaycan dövlət olaraq Gürcüstanın əmin-amanlığını, sabitliyini, proseslərin dinc məcrada inkişafını arzulayır: “Azərbaycan bunun üçün yalnız mənəvi, siyasi istəklərini deyil, real iqtisadi, təhlükəsizlik, hərbi və s. kimi addımları ötən illər ərzində atıb. Bu reallığı qəbul etmək lazımdır ki, Gürcüstan Azərbaycana ehtiyac duyur. Bu, müstəqillik illərinin müxtəlif dövrlərində sübut olunub. Açıq demək lazımdır ki, Salome Zurabaşvilinin qalib gəlməsində mühüm rol oynayan Gürcü Arzusu Partiyası və onun lideri Bidzina İvanişvili ilk dövrlərdə müəyyən kəskin xarici siyasət kursuna getməyə çalışırdı, o cümlədən Azərbaycanla imzalanan bir sıra müqavilələrin üzərindən xətt çəkmək niyyətləri var idi. Lakin zaman, ölkənin mənafeyi qəti çağırışlar əsasında qalması, Rusiya ilə bəlli münasibətlər, Türkiyəyə olan ehtiyac əvvəlki iqtidarların Azərbaycana sığınması kursuna təkrar qayıtmağa məcbur etdi”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi