hia.az
hia.az

Prezident Türkmənistanda danışıqlardadır + YENİLƏNİB

350 dəfə baxılıb 22-11-2018, 13:37

Prezident Türkmənistanda danışıqlardadır + YENİLƏNİBNoyabrın 22-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov mətbuata birgə bəyanatla çıxış ediblər.



12:23

Noyabrın 22-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə Azərbaycan-Türkmənistan sənədlərinin imzalanması mərasimi olub.



11:22

Noyabrın 22-də təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

hia.az-ın xəbərinə görə, prezident İlham Əliyevin Türkmənistana rəsmi səfəri davam edir.



10:52

Noyabrın 22-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü olub.

hia.az-ın xəbərinə görə, prezident İlham Əliyevin Türkmənistana rəsmi səfəri davam edir.



10:46

Noyabrın 22-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Aşqabaddakı Müstəqillik Meydanında rəsmi qarşılanma mərasimi olub.

hia.az xəbər verir ki, Azərbaycanın və Türkmənistanın dövlət bayraqlarının dalğalandığı meydanda prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan prezidenti İlham Əliyevi qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan prezidentinə raport verib. Azərbaycanın və Türkmənistanın dövlət himnləri səsləndirilib.

Azərbaycan prezidenti İlham Əliyev Türkmənistan əsgərlərini salamlayıb. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Türkmənistanın dövlət və hökumət nümayəndələri, xarici ölkələrin Aşqabadda akkreditə olunmuş səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləri Azərbaycan prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədova təqdim edilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçib.

Sonra prezidentlər rəsmi foto çəkdiriblər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi