hia.az
hia.az

İrakli Kobaxidze: Gürcüstan Azərbaycan və Türkiyə ilə birlikdə regionda irimiqyaslı layihələr həyata keçirir

248 dəfə baxılıb 17-01-2019, 13:26

İrakli Kobaxidze: Gürcüstan Azərbaycan və Türkiyə ilə birlikdə regionda irimiqyaslı layihələr həyata keçirir
Gürcüstan bölgədə ikitərəfli və çoxtərəfli əməkdaşlığı dəstəkləyir. Eyni zamanda, regional münaqişələrin həllində və ərazilərin işğaldan azad olunmasında, təhlükəsizliyin bərpasında maraqlıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze Parisə səfəri çərçivəsində Fransa Milli Assambleyasının xarici əlaqələr komitəsinin iclasındakı çıxışı zamanı söyləyib.

O deyib ki, Gürüstanın Azərbaycan, Türkiyə və digər ölkələrlə sıx əlaqələri var. Gürcüstan əlverişli coğrafi mövqeyi və xarici siyasəti ilə bütün bölgədə sabitlik və inkişafa dəstək verir. Həmçinin Azərbaycan və Türkiyə ilə birlikdə regionda irimiqyaslı enerji, nəqliyyat və logistik layihələrin həyata keçirilməsində iştirak edir.

İ.Kobaxidze ölkəsinin qlobal təhlükəsizliyin təmin olunması üçün maksimum töhfə verməyə çalışdığını vurğulayıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi