hia.az
hia.az

Azərbaycan səfiri etimadnaməsini Butan kralına təqdim edib

361 dəfə baxılıb 8-01-2019, 14:35

Azərbaycan səfiri etimadnaməsini Butan kralına təqdim edib
Azərbaycanın Butan Krallığında akkreditə olunmuş səfiri Əşrəf Şıxaliyev etimadnaməsini Kral Ciqme Khesar Namqal Vanqçuka təqdim edib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, səfir Ə.Şıxaliyev, həmçinin ölkənin Baş naziri, xarici işlər naziri, Milli Assambleyanın sədri, Ümummilli Xoşbəxtlik Komissiyasının və Turizm Şurasının rəhbərləri ilə də görüşüb.

Görüşlər zamanı yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb və bu xüsusda Azərbaycanın sədrliyi ilə cari ildə Bakıda keçiriləcək Qoşulmama Hərəkatının növbəti sammitində Butanın Baş nəzirinin rəhbərliyi altında nümayəndə heyətinin iştirakının vacibliyi qeyd edilib.

Azərbaycan səfiri Butan hökumətinin vətəndaşlarının rifah və xoşbəxtliyinin yüksəlməsinə yönəlmiş siyasətini yüksək qiymətləndirərək, Azərbaycan Prezidentinin təşəbbüsü ilə ölkəmizdə yaradılmış “ASAN xidmət”in fəaliyyəti barədə məlumat verib. Qeyd edib ki, “ASAN xidmət” vətəndaşlara sürətli, keyfiyyətli və şəffaf şəkildə xidmət göstərərək, onların rahatlığını əsas məqsəd kimi görür. Səfir ölkəmizin “ASAN xidmət” təcrübəsinin Butan ilə bölüşməyə hazır olduğunu diqqətə çatdırıb. Təklif maraqla qarşılanıb.

Görüşlərdə iki ölkə arasında parlamentlərarası əlaqələrin inkişafı, informasiya-kommunikasiya texnologiyaları və turizm sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğu qeyd edilib. Butan rəsmiləri Azərbaycan ilə bu istiqamətlər üzrə əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildiriblər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi