hia.az
hia.az

2023-cü ilin sonunadək Azərbaycanda yol-nəqliyyat hadisələrində ölüm hallarının 30 faiz azaldılması proqnozlaşdırılır

309 dəfə baxılıb 6-01-2019, 14:32

2023-cü ilin sonunadək Azərbaycanda yol-nəqliyyat hadisələrində ölüm hallarının 30 faiz azaldılması proqnozlaşdırılır2023-cü ilin sonunadək Azərbaycanda yol-nəqliyyat hadisələri nəticəsində ölüm hallarının 30 faiz azaldılması proqnozlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 27 dekabr tarixli sərəncamı ilə təsdiqlənən “Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda bildirilir.

Dövlət Proqramında qeyd olunub ki, müəyyən edilmiş tədbirlərin həyata keçirilməsi nəticəsində 2013–2017-ci illərlə müqayisədə 2023-cü ilin sonunadək yol-nəqliyyat hadisələrində ölüm sayının, sağlamlığına ağır və ya az ağır zərər vurulan şəxslərin sayının və yol-nəqliyyat hadisələrinin ümumi sayının 30 faiz azaldılması, həmçinin yol-nəqliyyat hadisələrində uşaq ölümü hallarının 50 faiz azaldılması nəzərdə tutulub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi