Dövlət Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlərin 1 442 495,1 manat olması proqnozlaşdırılır
2019-cu ildə Dövlət Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlərin 848,5 milyon dollar və ya 1 442 495,1 manat olması proqnozlaşdırılır. Bu, manat ifadəsi ilə 2017-ci ilin müvafiq icra göstəricisindən 358,8 milyon manat və ya 33,1 faiz çox, 2018-ci ilin proqnoz və gözlənilən icra göstəricisindən 225,6 milyon manat və ya 18,5 faiz çoxdur.
AZƏRTAC xəbər verir ki, bu barədə Hesablama Palatasının hazırladığı "ARDNF-in 2019-cu il büdcə layihəsi ilə bağlı Rəy"də deyilir.
Eyni zamanda, 2019-cu il üçün orta illik gəlirlilik göstəricisi 2,14 faiz səviyyəsində olması proqnozlaşdırılır ki, bu da 2018-ci ilin proqnoz göstəricisindən (1,96 faiz) 0,18 faiz çoxdur.
« Ekim 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Çr | Pr | Cu | Ct | Pz |
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | 31 |