hia.az
hia.az

Bu il “Azərişıq” ASC-yə “ASAN xidmət” vasitəsilə rekord sayda müraciət daxil olub

230 dəfə baxılıb 28-12-2018, 12:42

Bu il “Azərişıq” ASC-yə “ASAN xidmət” vasitəsilə rekord sayda müraciət daxil olub2018-ci ildə “Azərişıq” ASC-yə “ASAN xidmət” vasitəsilə 203 min müraciət daxil olub.

AZƏRTAC xəbər verir ki, bu barədə dekabrın 28-də “Azərişıq”da keçirilən mətbuat konfransında ASC-nin perspektiv inkişaf və “ASAN xidmət”lə iş idarəsinin rəisi Elsevər Rüstəmli deyib.

O bildirib ki, dekabrın 25-də Prezident İlham Əliyevin “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” imzaladığı Fərman sahibkarlığın inkişafının stimullaşdırılması, biznes və investisiya mühitinin əlverişliliyinin artırılması istiqamətində olduqca vacib addımdır. Fərmana əsasən, sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması prosedurları 3-dən 2-yə, qoşulma müddəti isə 24 gündən 20 günə endirilib. Yeni Fərmandan sonra sahibkar “ASAN xidmət” mərkəzinə müraciət edən kimi yerindəcə “Azərişıq” ASC-nin elektron xəritəsi üzərindən obyektin yeri və əlaqədar orqanların nümayəndələri ilə trassa müəyyənləşdiriləcək və sahibkar qısa bir zaman ərzində vahid tariflə kilovata uyğun ödənişini edib gedəcək. Beləliklə sahibkarla təmas birinci dəfə "ASAN xidmət"ə gələndə, ikinci dəfə isə 20 gündən sonra obyektə elektrik enerjisi verilmə anında olur. Bu Fərmanın imzalanması sahibkarların işini asanlaşdırmaqla yanaşı, cari ildə "ASAN xidmət" vasitəsilə “Azərişıq” ASC-nin göstərdiyi xidmətlərə xüsusi töhfə verib.

Qeyd olunub ki, ümumilikdə isə bu il həm əhali, həm də qeyri-əhali abonentlərin elektrik şəbəkəsinə qoşulması ilə bağlı Nazirlər Kabineti tərəfindən qərarlar verilərək vahid tarif müəyyənləşdirilib və dərhal tətbiqinə başlanılıb: "Əvvəlki tariflərlə müqayisə etdikdə birmənalı şəkildə demək olar ki, həm məişət abonentlərinin, həm də sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün tariflər ucuzlaşdırılıb. Tariflər siyahısı həm "Azərişıq" ASC-nin “azerishiq.az” rəsmi saytında, eləcə də “Azərişıq ASC” adlı "facebook" və “azerishiq.az” adlı "instagram" səhifələrində yerləşdirilib".

"Bununla yanaşı, 2018-ci ilin ötən ayları ərzində “Azərişıq” ASC-nin “ASAN” brendi vasitəsilə göstərdiyi xidmətlərin sayı 10-dan 13-ə qaldırılıb. Mart ayında “Məcburi köçkün qrupuna aid abonentlərdən müraciətlərin qəbulu”, mayda isə “yük hesabatının hazırlanması” və “istehlakçının balansında olan elektrik şəbəkələrinə, onların avadanlıqlarına texniki xidmətin göstərilməsi” adlı yeni xidmətlər yaradılıb", - deyə o əlavə edib.

E.Rüstəmli bildirib ki, əvvəllər elektrik şəbəkəsinə qoşulma ilə bağlı sahibkarların və məişət abonentlərinin müraciəti paytaxtdakı “ASAN kommunal” mərkəzlərində qəbul olunurdusa, 2018-ci ilin əvvəlindən etibarən ölkənin bütün regionlarında fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərində müraciətlər qəbul edilir: "2018-ci ilin ötən dövrü ərzində “Azərişıq” ASC-yə “ASAN xidmət” vasitəsilə rekord sayda müraciət daxil olub. Belə ki, 2017-ci ildə 140 min müraciət daxil olduğu halda cari ildə 203 min müraciət daxil olub. Müraciətlərdən 3 minə qədəri obyektini elektrik şəbəkəsinə qoşdurmaq istəyən sahibkarlar tərəfindən edilib. Evinə, bağına və ya həyətinə elektrik enerjisi çəkdirmək üçün müraciət edənlərin sayı isə 40 minə yaxın olub. Sənədlərdə uyğunsuzluq və bu kimi obyektiv səbəblər istisna olmaqla müraciətlərin əksəriyyəti icra edilib".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi