hia.az
hia.az

Qəzaya uğrayan “Surov” gəmisində olan Azərbaycan vətəndaşlarının həyatı üçün təhlükə yoxdur

272 dəfə baxılıb 26-12-2018, 13:53

Qəzaya uğrayan “Surov” gəmisində olan Azərbaycan vətəndaşlarının həyatı üçün təhlükə yoxdurKrasnodar bölgəsinin Tamansk yarımadasında qəzaya uğrayan gəmidən xilas edilən və aralarında Azərbaycan vətəndaşları olan ekipaj üzvlərinin həyatı üçün təhlükə yoxdur.

Dövlət Dəniz Agentliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu gün Krasnodar bölgəsinin Tamansk yarımadasında baş verən güclü qasırğa nəticəsində Monqolustan bayrağı altında üzən “Surov” gəmisinin saya oturması barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə məlumat daxil olub. Məlumatda, həmçinin bildirilib ki, Türkiyənin İskenderun limanından Rusiyanın Qafqaz limanına doğru hərəkət edən “Surov” gəmisində olan 11 ekipaj üzvünün doqquzu Rusiya və ikisi Azərbaycan vətəndaşıdır. Azərbaycan vətəndaşlarının taleyi ilə maraqlanmaq məqsədilə Milli Mərkəz tərəfindən dərhal müvafiq tədbirlər görülüb. Novorossiysk Dəniz Xilasetmə Koordinasiya Mərkəzi ilə mövcud sistem vasitəsilə əlaqə yaradılaraq məlum olub ki, güclü qasırğa nəticəsində gəmi saya oturub və gəmi kapitanı tərəfindən Novorossiysk Dəniz Xilasetmə Koordinasiya Mərkəzinə yardımla əlaqədar müvafiq qaydada müraciət daxil olub. Operativ şəkildə həyata keçirilən xilasetmə əməliyyatları nəticəsində ekipaj üzvləri təxliyə edilərək “Uyut” mehmanxanasında yerləşdiriliblər. Xilas edilənlər arasında xəsarət alan yoxdur.

Hazırda Azərbaycan vətəndaşı olan ekipaj üzvlərinin vətənə yola salınması üçün müvafiq sənədlərin rəsmiləşdirilməsi prosesi həyata keçirilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi