hia.az
hia.az

DGK iş adamlarına xəbərdarlıq edib

257 dəfə baxılıb 25-12-2018, 14:40

DGK iş adamlarına xəbərdarlıq edib“Yaşıl dəhliz” sistemi özünü idarəetməyə yol açır. Bununla sahibkarlar idxal-ixrac əməliyyatlarını ofislərindən apara biləcəklər. Bu xidmət fevral ayının 1-dən tətbiq olunmağa başlayacaq.

hia.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev “Yaşıl Dəhliz” buraxılış sisteminin tətbiqi ilə bağlı keçirilən forumda deyib.

DGK sədri bildirib ki, “Yaşıl Dəhliz” cənab prezident İlham Əliyevin sahibkarlara və dövlət məmurlarına Yeni il hədiyyəsidir:

“Bu sistem özünü idarəetməyə yol açır. Ölkədə aparılan islahatlar, nəqliyyat dəhlizlərinin yenidən qurulması, neft sektorunda önəmli layihələrin icrası ticarətin asanlaşdırılmasına xidmət edir. Sahibkarlar gələn il fevralın 1-dən idxal-ixrac əməliyyatlarını gömrük məmurunu görmədən, ofislərindən apara biləcəklər.

Bu da şəffaflığın təmin olunmasına, məmur-vətəndaş münasibətlərinin minumuma endirilməsinə gətirib çıxaracaq. Vaxt məhdudiyyətini aradan qaldıracaq, logistik xidmətlərə çəkilən xərcləri sıfıra endirəcək”.

Dövlət Gömrük Komitəsi (DGK) sədrinin müavini İqbal Babayev isə qanunvericiliyin tələblərinə əməl etməyənlərə xəbərdarlıq edib:

““Yaşıl dəhliz” buraxılış sistemindən sui-istifadə edən, idxal və ixrac edilən mallarının gömrük dəyərini və digər məlumatları gömrük orqanlarına düzgün bəyan etməyən, eyni zamanda, müvafiq dövlət qurumları ilə əməkdaşlıqda saxtakarlığa yol verən xarici ticarət iştirakçıları barədə ciddi tədbirlər görüləcək”.

İ.Babayevin sözlərinə görə, gömrük-biznes tərəfdaşlığının yeni mərhələsində könüllü riayət sistemi strateji hədəfdir:

“Eləcə də, islahatlar nəticəsində xarici ticarət iştirakçılarından sərhəd əməliyyatları və gömrük rəsmiləşdirilməsindı daha çevik xidmət üçün sərhəddə qədər məlumatların əvvəlcədən bəyan edilməsi gözlənilir. Elektron növbə sistemindən yararlanmaqla sərhəddə gözləmədən “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə etmək mümkündür”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi