hia.az
hia.az

Bakı yollarında yağış-kanalizasiya sisteminin ötürücülüyünün artırılması üçün əlavə xətlər çəkilir

368 dəfə baxılıb 24-12-2018, 13:21

Bakı yollarında yağış-kanalizasiya sisteminin ötürücülüyünün artırılması üçün əlavə xətlər çəkilirBakı şəhərinin küçə və prospektlərində yağıntılar zamanı yolun hərəkət hissəsinə yığılıb qalan yağış sularının kənarlaşdırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən kompleks tədbirlər davam etdirilir.

AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, tədbirlərə uyğun olaraq Bakıxanov, Ceyhun Hacıbəyli və Səxavət Quliyev küçələrinin kəsişməsində səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sisteminin ötürücülüyünün artırılması məqsədi ilə əlavə xətlərin çəkilişi işləri görülür.

Bu məqsədlə sözügesən ərazidə 130 metr uzunluğunda və 300 mm diametrində yeni borular qoyulub 11 ədəd yeni yağış barmaqlıqları quraşdırılacaq.

AAYDA rəhbərliyinin birbaşa nəzarəti altında aparılan kompleks tədbirlərin davamı olaraq Qaradağ, Abşeron, Yasamal, Nərimanov, Səbail, Nizami və Binəqədi rayonları ərazisində yerləşən küçə və prospektllərdə müxtəlif diametrlərə malik yeni yağış-kanalizasiya xəttinin çəkilməsi və xətt üzərinə yeni su qəbuledici barmaqlığın quraşdırılması da nəzərdə tutulub.

Ümumilikdə isə son 3 il ərzində yağıntılar zamanı yolun hərəkət hissəsinə yığılıb qalan yağış sularının kənarlaşdırılması üçün aparılan kompleks tədbirlər zamanı Bakı şəhərinin küçə və prospektlərinin zəruri olan hissələrində 10 km-ə yaxın yeni yağış-kanalizasiya xətləri çəkilib, əlavə yağış barmaqlıqları quraşdırılıb.

AAYDA daha əvvəl Babək prospektində aparılan yenidənqurma işlərini yekunlaşdırdığını bəyan edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi