hia.az
hia.az

“mincom.gov.az” saytı “MilliNet-2018”in “Elektron Hökumət” nominasiyasında qalib seçilib

254 dəfə baxılıb 23-12-2018, 16:13

“mincom.gov.az” saytı “MilliNet-2018”in “Elektron Hökumət” nominasiyasında qalib seçilibNəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi internet səhifəsi Milli İnternet Mükafatı - “MilliNet-2018”in “Elektron Hökumət” nominasiyasında qalib seçilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu nominasiyada 8 sayt nominant olub. Ötən gün keçirilən “MilliNet-2018”in yekun təqdimat mərasimində qaliblər mükafatlandırılıb. Tədbirdə ölkənin internet və İKT ictimaiyyətinin, dövlət və özəl sektorun, vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edib.

Bu il “MilliNet-2018”ə 19 nominasiya üzrə 406 internet resurs (saytlar, mobil tətbiqlər və sosial media resursları) təqdim edilib. Onlardan qaydalara uyğun olan 300 resurs müsabiqəyə qəbul edilib və səsvermədə iştirak edib. Ən yaxşı 105 resurs isə nominant statusu alıb.

Beləliklə, nominasiyalar üzrə “MilliNet-2018”in digər qaliblərini də təqdim edirik.

Korporativ sayt - http://www.qualitysolutions.az , İctimai-sosial sayt - http://birtebessumbirumid.com , Təhsil və elm- http://www.bildilchin.az, “Elektron hökumət” - http://mincom.gov.az/az/ , Xidmət (Servis) - http://www.1X1.az, “Elektron ticarət” - http://vivadessert.az/, “E-gov Mobil tətbiqləri” – “Birbank”, Təhsil mobil tətbiqləri – “Bildirçin” Azərbaycan dilinin Universal Elektron Lüğəti, “Utilitlər” – “Gold Quiz” oyunu, “Facebook” səhifəsi- “Film Fiction” jurnalı, “Instagram” hesabı- “Baku Streets Life”, “YouTube” – “Balta” animasiyası qalib seçilib.

Qeyd edək ki, Azərbaycanda informasiya texnologiyalarının və internetin inkişafına təkan vermək, ən yaxşı milli internet resurslarının yaradılmasını stimullaşdırmaq, onları üzə çıxartmaq və populyarlaşdırmaq məqsədilə keçirilən müsabiqəyə cari ilin oktyabr ayında start verilib. Milli İnternet Mükafatına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi rəsmi dəstək verir. “MilliNet”in baş sponsoru “Azertelecom” şirkətidir. Müsabiqəyə “LENOVO”, “BestComp”, İnnovasiya Mərkəzi, “NEURON” və “NOVA” şirkətləri də dəstək göstərirlər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi