hia.az
hia.az

Gələn il Bakıda Həştərxanın işgüzar mərkəzi açılacaq

349 dəfə baxılıb 21-12-2018, 14:57

Gələn il Bakıda Həştərxanın işgüzar mərkəzi açılacaqGələn ilin payızında Bakıda Rusiya Federasiyasının Həştərxan vilayətinin işgüzar mərkəzi açılacaq.

“Report” xəbər verir ki, bu barədə jurnalistlərə vilayətin beynəlxalq və xarici iqtisadi əlaqələr naziri əvəzi Dennis Afanasyev məlumat verib.

O, yeni mərkəz sayəsində Azərbaycan bazarına daha çox Rusiya məhsullarının idxal olunacağını qeyd edib: “Bizim işgüzar mərkəz elə Azərbaycanın Həştərxandakı işgüzar mərkəzinin bənzəridir, bəlkə də, sahəsi bir qədər böyük olar. Tikinti işləri ilə Həştərxan vilayəti qubernatoru əvəzi Sergey Morozov Azərbaycana səfəri çərçivəsində tanış olmuşdu. Tikinti sürətlə gedir, mərkəz 2019-cu ilin payızında açılmalıdır”.

Hazırda Həştərxan vilayətindən Azərbaycana gəmiqayırma məmulatları, balıq və un məhsulları idxal olunur. 2017-ci ilin yekunlarına görə tərəflər arasında ticarət dövriyyəsi əvvəlki ilə nisbətən 4,3 dəfə artaraq 16 milyon dollardan çox olub.

Xatırladaq ki, Həştərxan işgüzar mərkəzinin təməli ötən il dekabr ayında qoyulmuş, bu ilin may ayında isə Həştərxan şəhərində Rusiyada ilk Azərbaycan işgüzar mərkəzi açılmışdı.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi