hia.az
hia.az

ABŞ İraqa İrana qarşı sanksiyalardan güzəştə gedib

220 dəfə baxılıb 21-12-2018, 14:54

ABŞ İraqa İrana qarşı sanksiyalardan güzəştə gedib
ABŞ İraqa İrana qarşı qüvvədə olan sanksiyalarına görə güzəştə gedib.

“Report” “Rudaw” telekanalına istinadən xəbər verir ki, rəsmi Bağdad Tehrandan təbii qaz və elektrik enerjisi idxal etmək üşün 90 günlük möhlət qazanıb.

Bu da tərəflər arasında aparılan danışıqlar nəticəsində əldə edilib.

Qeyd edək ki, noyabrın 9-da ABŞ hökuməti təbii qaz və elektrik enerjisi tədarükü üçün alternativ mənbələr tapmaq üçün İraqa 45 günlük möhlət verməyə hazır olduqlarını bildirmişdi. İraq İrandan gündəlik 28 milyon kubmetr təbii qaz və 1,3 mVt elektrik enerji idxal edir.

Xatırladaq ki, ABŞ İranın neft sektoruna qarşı sanksiyaları noyabrın 5-dən tətbiq edib. ABŞ Maliyyə Nazirliyi sanksiyaların 700-dən artıq hüquqi və fiziki şəxsə qarşı yönəldildiyini açıqlamışdı.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi