hia.az
hia.az

Azərbaycan Dərbəndi enerji ilə təmin edib

291 dəfə baxılıb 14-12-2018, 13:13

Azərbaycan Dərbəndi enerji ilə təmin edibÖtən gün Rusiyanın enerji sistemində baş vermiş qəza ilə əlaqədar olaraq, Azərbaycan bu ölkəyə 16,4 mln. kVt/s elektrik enerjisi ötürüb.



Bu barədə "Azərenerji" ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı məlumat verib.



"Dekabrın 12-də Rusiyanın enerjisisteminin Artyom-Mahaçqala elektrik verilişi xəttində baş vermiş qəza açılması ilə əlaqədar olaraq, saat 08:52-dən 20:51-dək Azərbaycan enerjisistemi Rusiya enerjisisteminin Dağıstan enerji qovşağını (Dərbənd yarımstansiyası) 140-160 MVt gücündə elektrik enerjisi ilə təmin edib", - deyə o qeyd edib.



Y.Babanlı vurğulayıb ki, enerji ixracı Azərbaycan ilə Rusiya arasında imzalanmış “Qəza vəziyyətində qarşılıqlı yardım" müqaviləsi əsasında həyata keçirilib.



Qeyd edək ki, 2018-ci ilin iyul-noyabr ayları ərzində sözügedən müqavilə çərçivəsində hər iki enerji sistemində təmir-qəza rejimlərində elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə reallaşdırılıb. Bu xüsusda, elektrik enerjisinin Rusiyadan Azərbaycana idxalının həcmi 16,4 milyon kilovatt/saat, Azərbaycandan Rusiyaya ixracın həcmi isə 32,4 milyon kilovatt/saat təşkil edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi