hia.az
hia.az

Britaniyada milyonçuların sayı 2008-ci il böhranından bəri ən aşağı səviyyəyə enib

3 dəfə baxılıb Bugün, 09:30

Britaniyada milyonçuların sayı 2008-ci il böhranından bəri ən aşağı səviyyəyə enib

Böyük Britaniyada milyonçuların sayı ən azı 2008-ci il qlobal maliyyə böhranından bəri ən aşağı səviyyəyə enib.

Bu barədə Adam Smit İnstitutunun araşdırmasında bildirilir.

İnstitutun hazırladığı "milyonçular indikatoru"na əsasən, 2021-ci ildə Böyük Britaniyada sərvəti 1 milyon funt sterlinqdən çox olan 1 milyondan artıq insan yaşayırdı. Son beş ildə onların sayı 422 min nəfərə qədər azalaraq 2008-ci ilin səviyyəsinə enib.

Araşdırmada bunun əsas səbəbləri kimi yüksək faiz dərəcələri, Böyük Britaniya iqtisadiyyatına etimadın azalması, real aktivlərin dəyərinin aşağı düşməsi, yüksək vergi yükü və vergilərin daha da artırılacağı ilə bağlı gözləntilər göstərilir.

Tədqiqat müəllifləri qeyd ediblər ki, varlı vətəndaşların ölkədən axını Böyük Britaniya iqtisadiyyatına mənfi təsir göstərir. Çünki məhz milyonçular xeyli sayda iş yerinin yaradılmasında mühüm rol oynayıblar.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Temmuz 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi