hia.az
hia.az

Bağlanan bankların əmlakları satılıb - AÇIQLAMA

283 dəfə baxılıb 13-12-2018, 14:12

Bağlanan bankların əmlakları satılıb - AÇIQLAMAƏmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası vasitəsilə 2018-ci ilin avqust-noyabr aylarında keçirilən hərraclarda ləğv prosesində olan bankların əmlaklarının satıldığını bildirib.

Fonddan hia.az-a verilən xəbərə görə, QSC “BankStandard” KB, “Texnikabank” ASC, “Bank of Azerbaijan” ASC, “Zaminbank” ASC, “Dəmirbank” ASC, “Qafqaz İnkişaf Bankı” ASC, “Kredobank” ASC, “Royalbank” ASC, “AtraBank” ASC, “Dekabank” ASC-nin balansındakı daşınar və daşınmaz əmlaklar satılıb.

Sadalanan ləğv prosesində olan banklara məxsus doqquz lot üzrə daşınmaz əmlak və 51 lot üzrə daşınar əmlak, o cümlədən, avtomobillər, inkassator maşınları, mebel, kompüter və elektrik avadanlıqları satılıb
Ləğv prosesində olan QSC “BankStandard” KB-nin balansında olan üç ədəd daşınmaz əmlak və 13 lot üzrə daşınar əmlak, ləğv prosesində olan “Texnikabank” ASC-nin balansındakı üç ədəd daşınmaz əmlak və 11 lot üzrə daşınar əmlak, ləğv prosesində olan “Dəmirbank” ASC-nin balasında olan bir ədəd daşınmaz əmlak və 11 lot üzrə daşınar əmlak, ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin balansındakı bor ədəd daşınmaz əmlak və səkkiz lot üzrə daşınar əmlak, ləğv prosesində olan “Kredobank” ASC-nin balansındakı bir ədəd daşınmaz əmlak və bir lot üzrə daşınar əmlak satılıb.

Bundan başqa, ləğv prosesində olan “Atrabank” ASC-nin balansındakı daşınar əmlak üç lot, ləğv prosesində olan “Dekabank” ASC-nin balansındakı daşınar əmlak bir lot, “Qafqaz İnkişaf Bankı” ASC-nin balansındakı daşınar əmlak bir lot, “Royalbank” ASC-nin balansındakı daşınar əmlak bir lot və “Zaminbank” ASC-nin balansındakı daşınar əmlak bir lot üzrə satılıb.

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan bankların əmlakının satışı üzrə hərracların təşkilini davam etdirir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi