hia.az
hia.az

Hesablama Palatası və Dünya Bankı Qarşılıqlı Anlaşma Sazişi bağlayıb

236 dəfə baxılıb 11-12-2018, 13:46

Hesablama Palatası və Dünya Bankı Qarşılıqlı Anlaşma Sazişi bağlayıb


Hesablama Palatası və Dünya Bankı arasında "Dövlət Satınalmaları sahəsində Tematik Audit Yoxlaması"nın planlaşdırılması və həyata keçirilməsi məqsədi ilə Qarşılıqlı Anlaşma Sazişi imzalanıb.

"Report" bu barədə Palataya istinadən xəbər verir.

Sazişə əsasən, tərəflər Dünya Bankının maliyyələşdirdiyi layihələrin icra sonrası satınalmalar üzrə təhlilinin keçirilməsinə dəstək verilməsi, satınalmalar üzrə səmərəli audit yoxlamalarının aparılması üçün elektron forma, idarəetmə vasitələri və məlumatların təhlili üçün proqram təminatı ilə təchiz edilməsinə yönəldilməklə "Dövlət Satınalmaları sahəsində Tematik Audit Yoxlaması"nın planlaşdırılması və həyata keçirilməsi prosesinin əlaqələndirilməsi məqsədi ilə əməkdaşlıq edəcəklər.

Eyni zamanda Dünya Bankı Hesablama Palatasının əməkdaşlarının analitik qabiliyyət və bacarıqlarının gücləndirilməsi və analitik yönümlü proqram təminatının işlənib hazırlanması məqsədi ilə texniki yardım göstərməyi öz üzərinə götürüb.

İdarəçilik təcrübəsinin müasir beynəlxalq standartlara uyğunlaşdırılması Dünya Bankı və Hesablama Palatası arasında uzunmüddətli və dayanıqlı münasibətlərin formalaşdırılmasına zəmin yaradacaqdır.

Saziş 3 il qüvvədə olacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi