hia.az
hia.az

“Tesla” şirkəti Çin bazarında qiymətlərini azaldıb

325 dəfə baxılıb 22-11-2018, 13:53

“Tesla” şirkəti Çin bazarında qiymətlərini azaldıbDünyanın ən iri elektromobil istehsalçısı olan ABŞ-ın “Tesla” şirkəti” Çində satılan S və X modellərinin müxtəlif seriyalarına qiymətləri aşağı saldıqlarını açıqlayıb.

“Report” xəbər verir ki, şirkətin bu barədəki press-relizinə görə, bu gündən etibarən Çin bazarında satılan elektromobillərin qiymətləri 12-26 faiz azaldılır. Məsələn, Model S 75D 887,6 min yuandan 782,9 minədək, Model X P100D isə 24,4 faiz, 1,19 milyon yuanadək ucuzlaşıb.

Bu addımı ekspertlər ABŞ ilə Çin arasındakı ticarət müharibəsi ilə bağlı tətbiq olunan əngəlləyici rüsumları “zərərsizləşdirməy”ə cəhd kimi qəbul edirlər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi