hia.az
hia.az

Azərbaycan iqtisadiyyatına xarici investisiyalar artıb

273 dəfə baxılıb 18-11-2018, 13:26

Azərbaycan iqtisadiyyatına xarici investisiyalar artıb“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin 10 ayında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 4 mlrd. 354,6 milyon manat vəsait yönəldilib.

Rəsmi statistikaya əsasən, bu investisiyaların 362,2 mln. manatı oktyabr, 361,4 mln. manatı sentyabr, 396,3 mln. manatı avqust, 342,1 mln. manatı iyul, 466,2 mln. manatı iyun, 447,7 mln. manatı may, 592,2 mln. manatı aprel, 489,1 mln. manatı mart, 437,6 mln. manatı fevral, 459,8 mln. manatı yanvar ayında yatırılıb. Beləliklə, ötən ay ölkə iqtisadiyyatına investisiya qoyuluşunda əvvəlki ayla müqayisədə 0,2% artım qeydə alınıb.

Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 3 mlrd. 518,9 milyon manatı (80,8%-i) Birləşmiş Krallıq, İsveçrə, Türkiyə, Malayziya, ABŞ, Yaponiya, Rusiya, İran və Çexiya sərmayədarlarına məxsus olub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi