hia.az
hia.az

Millimiz Avropa çempionatında mübarizəyə başlayır - YENİLƏNİR

410 dəfə baxılıb 14-11-2018, 13:12

Millimiz Avropa çempionatında mübarizəyə başlayır - YENİLƏNİR19 yaşadək futbolçulardan ibarət yığmamız bu gün Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayacaq.

hia.az Fanat.az-a istinadən xəbər verir ki, Vüqar Məmmədin başçılıq etdiyi kollektiv ilk sınağında İsrail seçməsi ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Qeyd edək ki, seçmə mərhələnin oyunları Gürcüstanda keçiriləcək. Millimiz 1-ci qrupda İsraillə yanaşı, Lixtenşteyn və meydan sahibləri ilə də mübarizə aparacaq. Hər qrupda ilk iki yeri tutan komanda pley-offa yüksələcək.

Xatırladaq ki, Avropa çempionatının final mərhələsi Ermənistanda keçiriləcək.

Avropa çempionatı
Seçmə mərhələ
I qrup, I tur

14 noyabr
14.00 Azərbaycan - İsrail
Hakimlər: Erik Lambrext, Karel De Roker (Belçika), Giorgi Elikaşvili (Gürcüstan).
Tiflis, Mixail Mesxi adına stadion.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Kasım 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi