“Liverpul”dan rekord müqavilə
"Liverpul” rekord məbləğdə sponsorluq müqaviləsi imzalamağa hazırlaşır.
Fanat.az İngiltərə mediasına istinadən xəbər verir ki, "qırmızılar" hazırda ABŞ-ın idman geyimləri və ləvazimatları şirkəti olan "New Balance” ilə əməkdaşlığı davam etdirmək üçün danışıqlar aparır.
Bağlanması gözlənilən müqavilənin dəyəri 80 milyon funt-sterlinq (təxminən 88.8 milyon avro) olacaq. Bu sahədə indiyəqədərki rekord müqavilə "Adidas”la "Mançester Yunayted” arasında imzalanıb - 75 milyon funt-sterlinqlik (təxminən 83.3 milyon avro).