hia.az
hia.az

ÇL-də həftənin ən yaxşı oyunçusu və qoluna namizədlər açıqlandı

410 dəfə baxılıb 8-11-2018, 15:27

ÇL-də həftənin ən yaxşı oyunçusu və qoluna namizədlər açıqlandı

Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu və qoluna namizədlər açıqlanıb.

hia.az UEFA-nın saytına istinadən xəbər verir ki, 4-cü turun oyunlarından sonra ən yaxşı oyunçu adına Milan Pavkov ("Srvena Zvezda”, Serbiya), Kərim Benzema ("Real”, İspaniya), Riyad Mahrez ("Mançester Siti”, İngiltərə) və Harri Keyn ("Tottenhem”, İngiltərə) namizəddir.

Həftənin ən yaxşı qoluna da 4 namizəd var. Bunlar Milan Pavkov ("Srvena Zvezda”), Rahim Sterlinq ("Mançester Siti”), Kriştiano Ronaldo (”Yuventus”) və Otavio Edmilsonun ("Portu”) qollarıdır.

Qaliblər UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılan səsvermə ilə müəyyənləşəcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Kasım 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi