hia.az
hia.az

UEFA "AVRO-2020"nin mükafat fondunu açıqladı

234 dəfə baxılıb 22-12-2018, 15:03

UEFA "AVRO-2020"nin mükafat fondunu açıqladıUEFA 2020-ci ildə keçiriləcək Avropa çempionatının finalında iştirak edəcək komandaların ümumi mükafatını açıqlayıb.

Fanat.az xəbər verir ki, bu dəfəki məbləğ 371 milyon avro təşkil edəcək. Bu 2016-cı ildə Fransada keçirilən son turnirin mükafat fondu ilə (301 milyon avro) müqayisədə 23 faiz çoxdu.

Avropa çempionatının final mərhələsində iştirak edəcək 24 yığma komandanın hər biri ən azı 9.25 milyon avro alacaq. Komandalar qrup mərhələsində qələbəyə görə 1.5 milyon, heç-heçə üçün isə 750 min avro qazanacaqlar. 1/8 finala yüksələn komandalara 2 milyon, 1/4 finalçılara 3.25 milyon, yarımfinala vəsiqə qazananlara isə 5 milyon avro ödəniləcək.

Avropa çempionatının qalibi 10 milyon, finalçı isə 7 milyon avro qazanacaq. "AVR0-2020"nin qalibi bütün oyunlarını qələbə ilə başa vursa, 34 milyon avro əldə edəcək.

Qeyd edək ki, "AVRO-2020" final mərhələsinə Azərbaycan, İngiltərə, Macarıstan, Almaniya, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Hollandiya, Rusiya, Rumıniya və Şotlandiya ev sahibliyi edəcək. Bakı Olimpiya Stadionunda qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu keçiriləcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi