Messi Ronaldonun iki rekordunu əlindən aldı
"Barselona”nın futbolçusu Lionel Messi Çempionlar Liqasında iki rekorda imza atıb.
Fanat.az xəbər verir ki, argentinalı ulduz Hollandiyanın PSV klubunu 2:1 hesabı ilə məğlub etdikləri matçın 61-ci dəqiqəsində hesabı açmaqla turnirin qrup mərhələsində ən çox qol vuran oyunçu olub. 31 yaşlı hücumçu Çempionlar Liqasının qrup mərhələsindəki 66-cı matçında 66-cı qolunu vurub. Messi bununla "Yuventus”un portuqaliyalı forvardı Kriştiano Ronaldonu geridə qoyub.
Argentinalı turnirdə bir klubun heyətində ən çox qol vuran futbolçu ünvanını da Ronaldodan alıb. Yarışda 106-cı qolunu vuran kapitan 105 qola malik portuqaliyalını geridə qoyub.