hia.az
hia.az

Emin Mahmudov "Neftçi"nin tarixinə düşüb

183 dəfə baxılıb 27-05-2024, 14:12

Emin Mahmudov "Neftçi"nin tarixinə düşüb

"Neftçi"nin futbolçusu Emin Mahmudov klubun tarixinə düşüb.

31 yaşlı yarımmüdafiəçi Azərbaycan çempionatlarında “ağ-qaralar”ın formasını ən çox geyinən futbolçu olub.

Bu, Azərbaycan Premyer Liqasının XXXVI turunda rəsmiləşib. “Sabah”la ev oyunu E.Mahmudovun “Neftçi”də 183-cü çempionat matçı olub.

O, uzun illərdir Bakı klubunun rekordçusu olan İqor Getmanın göstəricisini arxada qoyub. Sabiq müdafiəçi Bakı klubunda 182 çempionat matçına çıxıb. Mahmudov həmin rekordu hələ XXXI turda təkrarlasa da, sonrakı 4 qarşılaşmada iştirak etməyib.

Qeyd edək ki, 2017-ci ildən “Neftçi”nin formasını geyinən Azərbaycan millisinin üzvü 183 görüşdə 41 qola imza atıb.("Report")


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi