hia.az
hia.az

Şəhriyar Məmmədyarov bu gün ikinci görüşünü keçirəcək

254 dəfə baxılıb 23-04-2022, 10:35

Şəhriyar Məmmədyarov bu gün ikinci görüşünü keçirəcək


Bu gün Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour" onlayn seriyasının birinci mərhələsində növbəti görüşünü keçirəcək.

37 yaşlı qrossmeyster "Oslo Esports Cup"ın ikinci turunda Hindistan təmsilçisi Rameşbabu Praqnanandha ilə üz-üzə gələcək.

Məmmədyarov ilk turda çinli Le Kuanq Lyeyə qalib gəlib - 2,5:1,5.

"Oslo Esports Cup" da Aniş Giri, Yorden van Forrest (hər ikisi Niderland), Yan-Kşiştof Duda (Polşa) və Erik Hansen (Kanada) də iştirak edir.

Qeyd edək ki, turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi