hia.az
hia.az

Bakı klubu Ermənistanda oynamış futbolçunu transfer etdi

501 dəfə baxılıb 29-01-2019, 14:17

Bakı klubu Ermənistanda oynamış futbolçunu transfer etdi
"Zirə" heyətini yeni futbolçu ilə gücləndirib.

Fanat.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qəsəbə təmsilçisi İsmail Fofana ilə anlaşıb. Kot d`İvuardan olan 30 yaşlı hücumçu ilə 6 ay + 1 illik müqavilə bağlanılıb.

Karyerasına 2005-ci ildə ölkəsinin "Mimosas" klubunda başlayan İsmail 2006-cı ildə 700 min avroya İngiltərə "Çarlton"una transfer olunub. 2007-2010-cu illərdə Norveçin "Fredrikstad", Fransanın "Çerburq" və "Sent-Lo" klublarına icarəyə verilən afrikalı hücumçu 2010/11 mövsümündə vətənində "Seve Sport" klubunun formasını geyinib və 2012/13 mövsümündə Avropaya dönərək Ermənistan "Şirak"ında oynayıb. O, bir müddət İranın "Zob Ahan" klubuna icarəyə verilib. Növbəti illərdə o, Serbiyanın "Partizan", "Çukariçki", Çinin "Qingdao Jonoon" və Qazaxıstanın "İrtış" klublarında fotma geyinib. Fofananın son klubu Serbiya "Voyvodina"sı olub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi