hia.az
hia.az

"Qalatasaray" braziliyalı futbolçu transfer edir - RƏSMİ

373 dəfə baxılıb 10-01-2019, 12:44

"Qalatasaray" braziliyalı futbolçu transfer edir - RƏSMİ"Qalatasaray" transfer açıqlaması yayıb.

Fanat.az xəbər verir ki, İstanbul klubu Markaonun transferi ilə bağlı birjaya məlumat verib.

Açıqlamada bildirilir ki, tam adı Markos Do Naskimento Teyşeyra olan futbolçunun transferi üçün Portuqaliyanın "Çaves" klubu ilə rəsmi danışıqlar başlayıb.

Türk klubları bu tip açıqlamaları transfer böyük ölçüdə həll olunandan sonra yayır. Bu səbəbdən "Qalatasaray"ın tezliklə transferi rəsmiləşdirməsini gözləmək olar.

Qeyd edək ki, Markao karyerasına Braziliyanın "Avay" klubunda başlayıb. 2015-ci ildə "Atletiko Paranaense"yə transfer olunan futbolçu 2015-2017-ci illərdə Braziliyanın "Quaratingueta", "Ferroviaria" və "Atletiko Qoyanyense" klublarına icarəyə verilib. Ötən ilin əvvəlində "Çaves"ə transfer olunan 22 yaşlı mərkəz müdafiəçisi Portuqaliya klubunda keçirdiyi 48 rəsmi oyunda 4 qol vurub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi