hia.az
hia.az

Bakıda güclü külək yol nişanlarını dağıtdı - FOTO

374 dəfə baxılıb 5-01-2019, 12:25

Bakıda güclü külək yol nişanlarını dağıtdı - FOTOÖtən gündən Bakıda əsən güclü külək yollarda bir çox fəsadlar yaradıb.

Unikal.org xəbər verir ki, bu barədə AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Verilən məlumata görə, əsən güclü külək nəticəsində Bakı Dairəvi-1 avtomobil yolunda, Yeni Yasamal yaşayış massivinə gedən yolun kəsişməsində yerləşən 10 metr hündürlüyə malik T tipli məlumatverici lövhəni aşırıb.

Aşan lövhə Yeni Yasamal yaşayış massivinə gedən yolda, həmçinin Bakı Dairəvi-1 avtomobil yolunda avtonəqliyyat vasitələrinin hərəkətinə maneə yaradıb.

Dərhal əraziyə AAYDA-nin əməkdaşları cəlb olunaraq aşan dirək ərazidən kənarlaşdırılıb və avtonəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin olunub


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi