hia.az
hia.az

Mingəçevirdə 4 otaqlı evdə partlayış baş verdi - XƏSARƏT ALANLAR VAR

337 dəfə baxılıb 1-01-2019, 12:46

Mingəçevirdə 4 otaqlı evdə partlayış baş verdi - XƏSARƏT ALANLAR VARMingəçevirdə yanğın qeydə alınıb.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Mingəçevir şəhərində ümumi sahəsi 105 m² olan birmərtəbəli 4 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib.

Partlayış dalğasının təsirindən evin bir tərəfinin daşıyıcı divarı uçmuşdur. Yanğın nəticəsində evin yanar konstruksiyaları və ev əşyaları 50 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadası tərəfindən 2 nəfərə hadisə yerində ilkin tibbi yardım göstərilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi