hia.az
hia.az

Mingəçevirdə 8 nəfər pirotexniki vasitələrdən xəsarət aldı

354 dəfə baxılıb 1-01-2019, 12:41

Mingəçevirdə 8 nəfər pirotexniki vasitələrdən xəsarət aldıMingəçevir şəhərində bayram axşamı 8 nəfər pirotexniki vasitələrdən istifadə zamanı müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hər bir yaralıya lazımi tibbi yardım göstərilib.

Ümumilikdə, şəhər ərazisində bayram günü yüzdən çox həkim çağırışı qeydə alınıb. Müraciətlər arasında 3 faiz ürək, 11 faiz baş ağrıları, 12 faiz sinir, 2 faiz xərçəng xəstəliyi, 7 faiz respirator, 33 faiz təzyiq, 3 faiz mədə-bağırsaq və 4 faiz hərarətin qalxması kimi problemlər yer alıb.

Bundan əlavə, iki nəfər sakin bayram axşamı dünyasını dəyişib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi