hia.az
hia.az

Hövsandan maşın qaçırdı - Kürdəmir sakini tutuldu

408 dəfə baxılıb 30-12-2018, 15:59

Hövsandan maşın qaçırdı - Kürdəmir sakini tutulduHövsandan avtomobil qaçıran Kürdəmir sakini tutulub.

DİN-dən Unikal.org-a verilən məlumata görə, dekabrın 28-də saat 13 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisindən qəsəbə sakini Ramil Dərbəndəliyevə məxsus “VAZ-2107” markalı avtomobil qaçırılıb.

Dekabrın 29-da DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən avtomobilin Hacıqabul şəhərinin ərazisində hərəkətdə olması aşkar edilib və müvafiq tədbir görülməsi üçün məlumat aidiyyəti üzrə göndərilib.

Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə avtomobili qaçırmaqda şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Elsevər Şükürov saxlanılıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi