hia.az
hia.az

“Lotu Quli” ilə bağlı Ədliyyə Nazirliyindən AÇIQLAMA

309 dəfə baxılıb 27-12-2018, 13:42

“Lotu Quli” ilə bağlı Ədliyyə Nazirliyindən AÇIQLAMAKriminal avtoritet Nadir Səlifovun (Lotu Quli) Bakıda ev dustağı olması xəbəri həqiqəti əks etdirmir.

Unikal.org xəbər verir ki, bu barədə məlumatı "Sputnik Azərbaycan” Ədliyyə Nazirliyinə istinadən yayıb. Nazirlik N.Səlifovun Azərbaycana ekstradisiya edilmədiyini bildirib. Belə ki, onun Azərbaycan ərazisinə ekstradisiyası üçün ölkə ərazisində hansısa yeni cinayət törətmədiyi qeyd edilib.

Ədliyyə Nazirliyi, həmçinin Qulinin Azərbaycanda olma ehtimalının olduğunu, amma onun burada ev dustaqlığına məhkum edilmədiyini və ya ona qarşı yeni ittihamlar irəli sürülmədiyini bildirib.

Qeyd edək ki, bundan bəzi KİV-lər Qulinin Bakıya gətirilərək, ev dustağı edildiyi haqqında məlumat yayıb.

Dövlət Miqrasiya Xidmətindən isə bildiriblər ki, N.Səlifov deportasiya edilməyib. Dövlət strukturunda bildiriblər ki, belə informasiyaya malik deyillər.

Ehtimal ki, Nadir Salifov Azərbaycana könüllü qaydada gəlib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi