hia.az
hia.az

Azərbaycana 500 qram kalium permanqanatın gətirilməsinin qarşısı alındı - FOTO

385 dəfə baxılıb 26-12-2018, 13:57

Azərbaycana 500 qram kalium permanqanatın gətirilməsinin qarşısı alındı - FOTODövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları Moskva-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşının baqajına rentgen cihazıyla baxış keçirərkən, plastik qabların içərisindəki maddənin təsviri şübhə doğurub. Bu səbəbdən vətəndaş saxlanılıb və onun yükü təkrar yoxlanılıb.

Komitədən Unikal.org-a verilən məlumata görə, nəticədə vətəndaşa məxsus karton qutunun içərisində əvvəlcədən gömrük nəzarətinə təqdim olunmamış, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan edilməmiş 5 ədəd - hər birinin təmiz çəkisi 100 qram olan və üzərində "Калий марганцевокислый" sözləri yazılmış plastik qablarda tünd bənövşəyi rəngli kristal formasında maddə aşkar olunub.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin arayışına əsasən, ümumi təmiz çəkisi 500 qram olan həmin maddə kalium permanqanatdır və "Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların IV Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi