hia.az
hia.az

“Övladlarımızın bundan sonrakı həyatı da kompüterlərdən asılı olacaq" - Nazir

388 dəfə baxılıb 3-04-2021, 19:49

“Övladlarımızın bundan sonrakı həyatı da kompüterlərdən asılı olacaq" - Nazir


Təhsil naziri Emin Əmrullayev kompüterlərin şagirdlərə ziyanları ilə bağlı məlumatlara münasibət bildirib.

Unikal.org xəbər verir ki, nazir feysbuk səhifəsində “Pandemiya dövründə tədrisin təşkili” mövzusunda sualları cavablandırarkən bu barədə fikirlərini bölüşüb.


Kompüterlərin uşaqlara ziyanı ilə bağlı tədqiqatlar mövcud olduğunu xatırladan E.Əmrullayev deyib ki, ümumillikdə, insanların həyatı indi kompüterlərdən asılıdır:

“Övladlarımızın bundan sonrakı həyatı da kompüterlərdən asılı olacaq. Ona görə də xahiş edirəm ki, buna görə narahat olmayasız. Bəzi hallarda belə çaşdırıcı və müəyyən mənada o qədər də faydalı olmayan fikirlər olur”.

Qeyd edək ki, aprelin 5-dən etibarən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində əyani tədris dayandırılır və distant təhsilə keçirilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi