hia.az
hia.az

Qara dənizdə aşkar edilən cəsədin şəxsiyyəti müəyyənləşdi - Azərbaycanlıdır

336 dəfə baxılıb 20-01-2019, 13:48

Qara dənizdə aşkar edilən cəsədin şəxsiyyəti müəyyənləşdi - Azərbaycanlıdır
Qara dənizdə Türkiyənin Samsun şəhəri yaxınlığında qəzaya uğrayan Panama bayrağı altında üzən “Volgo Balt 214” gəmisi ilə bağlı Türk Silahlı Güvənlik Hərəkət Mərkəzi tərəfindən məlumat daxil olub.

Bu barədə Unikal.org-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyindən məlumat verilib.

Bildirilib ki,limana çatan quru yük gəmisindən götürülən cəsədin şəxsiyyəti müəyyən edilib. Cəsədin Azərbaycan vətəndaşı – gəmi kapitanı İsmayılov Turbat Kamil oğluna məxsusdur.

Vanuatu bayrağı altında üzən “NURS” quru yük gəmisi Rusiya Federasiyasının Tuapse limanından 48 mil qərbə “Volqo Balt 214” gəmisinə aid içərisində 1 cəsəd olmaqla xilasedici qayıq aşkar edib. Hava şəraiti əlverişli olmadığından cəsədi qayıqdan götürmək və qayığı sudan qaldırmaq mümkün olmayıb. Qayığı “NURS” quru yük gəmisi yedəyə götürərək Rusiyanın Novorosiysk limanına istiqamət alıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Kasım 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi