hia.az
hia.az

Bakıda gənc vəhşicəsinə qətlə yetirildi - YENİLƏNİB

251 dəfə baxılıb 12-01-2019, 13:24

Bakıda gənc vəhşicəsinə qətlə yetirildi - YENİLƏNİB
Bakının mərkəzində, “Nizami” metrostansiyasının yaxınlığında baş verən dəhşətli qətlin təfərrüatı məlum olub.

hia.az-ın məlumatına görə, hadisə şahidləri bildiriblər ki, öldürülən 1996-cı il təvəllüdlü Şəmiyev Emin Asif oğludur.

O, Saatlı rayonunun Mir Cəlal kənd sakini olub. Qətl hadisəsi Salatın Əsgərova küçəsində baş verib.

Hadisə yerinə Yasamal rayon prokuroru, Yasamal rayon Polis İdarəsinin rəisi və idarə əməkdaşları gəlib. Hadisə yerinə yaxın ərazidə yerləşən videokameralara baxış keçirilib, hadisə şahidləri istintaqa cəlb olunub.

Baş vermiş faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. İstintaq-əməliyyat qrupu tərəfindən hadisəni törətməkdə şübhəli bilinən şəxsin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.



Bakının mərkəzində, “Nizami” metrostansiyasının yaxınlığında dəhşətli qətl hadisəsi baş verib.

hia.az-ın Virtualaz.org-a istinadən xəbərinə görə, naməlum şəxs tərəfindən bıçaqlanan gənc aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Mərhumun fotoşəkli hadisə şahidlərindən biri tərəfindən çəkilib və sosial şəbəkələrdə yayılıb.

Səhiyyə Nazirliyindən hia.az-a verilən məlumata görə, Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasının həkimləri hadisə yerinə gələndə həmin şəxs artıq ölü olub.

Hadisə şahidləri bildirirlər ki, öldürülən gənc yenicə əsgərlikdən gəlibmiş. Öldürülən gənc 1996-cı il təvəllüdlü Şəmiyev Emin Asif oğludur.

Hazırda məsələ ilə bağlı araşdırma gedir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi