hia.az
hia.az

Erməni əsgərlər arasında kütləvi dava olub

352 dəfə baxılıb 6-01-2019, 14:42

Erməni əsgərlər arasında kütləvi dava olubTərtər rayonunun düşmən tərəfindən işğal edilmiş Madagiz yaşayış məntəqəsində yerləşdirilən Ermənistan ordusunun bölmələrindən birində əsgərlər arasında kütləvi dava baş verib.

Unikal.org xəbər verir ki, hərbi hissə üzrə növbətçi zabit Şakaryanın verdiyi məlumata əsasən, Ermənistandan olan əsgərlərlə Qarabağ erməniləri arasında dava düşüb.

Zabitlərin müdaxiləsindən sonra dayandırılan kütləvi davaya artilleriya divizionunda xidmət edən Qarabağda məskunlaşmış erməni hərbçilərin ikinci atıcı taborun yerevanlı əsgərlərini təhqir etməsi səbəb olub.

Döyülən əsgərlərin dördünə tibbi yardım göstərilib. Madinyan soyadlı hərbi qulluqçu isə gözü çıxdığına görə hərbi hospitala təxliyə olunub. Davanın səbəbkarları hərbi polisə aparılıb, faktla bağlı araşdırma başlayıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi