hia.az
hia.az

Putin KTMT-də tərəfdaş təsisatını təsdiq edib

224 dəfə baxılıb 26-12-2018, 13:49

Putin KTMT-də tərəfdaş təsisatını təsdiq edibRusiya prezidenti Vladimir Putin hökumətin KTMT-nın nizamnaməsinə və müqavilənin özünə dəyişiklik edilməsi barədə təklifini qəbul edib.

hia.az-ın xəbərinə görə, bu barədə RİA Novosti məlumat yayıb.

Layihədə maraqlı ölkələrə KTMT-nın müşahidəçisi və tərəfdaşı statusunun verilməsi meyarları və qaydaları müəyyən edilir.
Söhbət 7 oktyabr 2002-ci il tarixli KTMT-nın nizamnaməsinə dəyişikliklərin edilməsi haqqında Üçüncü protokol və 15 may 1992-ci il tarixli Kollektiv Təhlükəsizlik Müqaviləsinə dəyişikliklər edilməsi haqqında İkinci protokoldan gedir.

Rusiya XİN-nə göstərilən protokolların imzalanması zamanı aparılan danışıqlarda Rusiya Federasiyası rəhbərliyinin təsdiqlədiyi prinsipial xarakter daşımayan dəyişiklikləri daxil etmək icazəsi verilib.

Protokolların imzalanmasının KTMT-nın kollektiv təhlükəsizlik şurasının sessiyası zamanı həyata keçirilməsi məqsədəuğyun hesab olunur.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi