hia.az
hia.az

Rektor: "Azərbaycanın latın dilinə keçid təcrübəsi Qazaxıstan üçün faydalı olacaq"

301 dəfə baxılıb 21-12-2018, 14:58

Rektor: "Azərbaycanın latın dilinə keçid təcrübəsi Qazaxıstan üçün faydalı olacaq""Xalqlarımız arasında əcdadlarımızın prinsiplərinə və əlaqələrinə əsaslanan mehriban qardaşlıq münasibətləri qurmalıyıq".

"Report" xəbər verir ki, bunu jurnalistlərə Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin rektoru, Qazaxıstan Milli Elmlər Akademiyasının vitse-prezidenti Qalimkair Mutanov deyib.

O qeyd edib ki, bu gün Azərbaycan-Qazaxıstan münasibətləri inkişaf edir və keyfiyyətcə yeni səviyyəyə yüksəlib: "Bizi bir-birimizə çox şeylər - ümumi tarix, mədəniyyət, dil və bir çox digər amillər bağlıyır".

Q.Mutanov gələcək nəsillərin ümumi kökləri və dəyərləri bilməli və hörmət etməli olduğunu vurğulayıb. O həmçinin qeyd edib ki, gələn ildən etibarən Qazaxıstan da latın əlifbasına keçəcək.

"Azərbaycan çoxdan latın əlifbasına keçib, biz isə yeni ildən keçəcəyik. Bu məsələdə Azərbaycanın bizə kömək edə biləcəyi çox şey var. Təcrübə və praktikanızı öyrənmək bizim üçün faydalı olacaq", - deyə o, fikrini tamamlayıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi