hia.az
hia.az

Azər Məmmədov Qaxda vətəndaşları qəbul edəcək

48 dəfə baxılıb 25-08-2026, 14:06

Azər Məmmədov Qaxda vətəndaşları qəbul edəcək


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Qax rayonunda vətəndaşları qəbul edəcək.

Növbəti vətəndaş qəbulu avqustun 28-də saat 11:00-da Qax Rayon Heydər Əliyev Mərkəzində (ünvan: Qax şəhəri, Nəriman Nərimanov küçəsi, 7) keçiriləcək. Görüşdə Qax və Şəki rayonlarının sakinlərinin müraciətləri dinləniləcək.

İstehsalat Birliyi vətəndaşların diqqətinə çatdırır ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz"ın xidmət sahələrinə aid olmalıdır.

Qəbula dair əlavə məlumat almaq istəyənlər Zaqatala Regional Qaz İstismarı İdarəsinə (tel.: 050-845-99-51; 050-845-99-47) müraciət edə bilərlər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi