hia.az
hia.az

Qazaxıstan Əfqanıstana humanitar yardım göndərib

74 dəfə baxılıb 18-04-2025, 11:09

Qazaxıstan Əfqanıstana humanitar yardım göndərib

Qazaxıstan nümayəndə heyətinin aprelin 21-23-də Əfqanıstanın paytaxtı Kabilə səfəri planlaşdırılır.

Qazaxıstan nümayəndə heyətinə Baş nazirin müavini - milli iqtisadiyyat naziri Serik Jumanqarin başçılıq edəcək.

Məlumata görə, səfər zamanı Əfqanıstan rəsmiləri ilə görüşlər keçiriləcək, həmçinin Qazaxıstan mallarının sərgisi təşkil olunacaq.

Qarşıdakı səfər fonunda Qazaxıstan Əfqanıstana humanitar yardım göndərib. Yükün təhvil verilməsi Əfqanıstanın Bəlx vilayətindəki Hayraton dəmir yolu stansiyasında baş tutub. Tərkibində bitki yağı, buğda unu, düyü, qış və yay çadırları, yorğanlar olan humanitar yardımın ümumi həcmi 2,2 min ton təşkil edib.

Bildirilib ki, dərman vasitələrindən ibarət ayrı bir partiya Əfqanıstana hava nəqliyyatı ilə çatdırılacaq.

Qazaxıstanın Əfqanıstandakı müvəqqəti işlər vəkili Qaziz Akbasov qeyd edib ki, Astana Kabillə təkcə humanitar sahədə deyil, həm də faydalı qazıntıların hasilatı, nəqliyyat, logistika və kənd təsərrüfatı sahələrində əməkdaşlığı genişləndirməyə hazırdır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi