hia.az
hia.az

Yada düşən Övrəngzib və Nadir – İrəvandakı hindistanlı səfirin saxtakarlığı - TƏHLİL

29 dəfə baxılıb 15-08-2024, 16:49

Yada düşən Övrəngzib və Nadir – İrəvandakı hindistanlı səfirin saxtakarlığı - TƏHLİL


Hindistan dünyanın mədəniyyət mərkəzlərindəndir. Bu ölkə həm də zəngin sərvətinə görə cəlbedici olub. Türklər orada əsrlər boyu hakimiyyətdə olublar. Onları ingilislər əvəz edib. Hindistanlılar ingilislərin ağalığına qarşı ikinci dünya müharibəsində sonra da mübarizə aparıb. Onların azadlığının əsası isə “Atlantika xartiyası”n qoyulub. “Antihitler koalisiyası”nın əsas proqram sənədlərindən biri “Atlantika xartiyası”dır.

Bu sənəd 1941-ci il avqustun 14-də Böyük Britaniyanın Baş naziri Uinston Çörçill və ABŞ Prezidenti Franklin D. Ruzvelt arasında müzakirə edilib. Nyufaundlenddəki Arcentiya hərbi dəniz bazasında qəbul olunub. 1941-ci il sentyabrın 24-dən sonra SSRİ və başqa ölkələrdə bu sənədə qoşulub.

“Atlantik Xartiyası”nda müharibədən sonrakı dünyanın hədəfləri açıqlanıb. Müxtəlif istiqamətlərlə yanaşı, Avropa ölkələrinin müstəmləkələrinin müstəqilliyə də bu sənəddə öz əksinin tapıb. Odur ki, ikinci dünya müharibəsinin son illərində Hindistanda da Mahatma Qandinin başçılıq etdiyi milli azadlıq mübarizəsi başlayıb. 1947-ci il avqustun 15-də Hindistan müstəqillik əldə edib Ölkə dini əsasla iki hissəyə bölünüb. Həmin il avqustun 15-i həm də Pakistanın müstəqilliyi günüdür. 1971-ci ildə isə Şərqi Pakistan ərazisinə Hindistanın qoşun yeritməsi nəticəsində Banqladeş yaranıb.

Bu ölkələr arasında Cammu və Kəşmir problemi 77 ildir öz həllini tapmayıb. Hindistanla Pakistan arasında bu məsələnin hərb yolu ilə həllinə dair dəfələr cəhdlər olunub. Ancaq silahlı qarşıdurma da münaqişəni həll etməyib.

BMT Təhlükəsizlik Şurasının vasitəçiliyi ilə şimali-qərbi Kəşmir və ya Kəşmirin üçdə bir hissəsi (Azad Kəşmir) Pakistanın, qalan ərazisi isə Hindistanın nəzarəti altına düşüb.

Hər üç ölkənin müstəqilliyi ilə bağlı tədbir keçirilir.

Avqustun 14-də Pakistanın Azərbaycandakı və Hindistanın İrəvandakı səfirlikləri bayram tədbirləri keçirib. Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin əməkdaşlıqdan, münasibətlərin inkişaf etdirilməsindən bəhs edərək sülhsevər hədəflərini açıqlayıb.
Yada düşən Övrəngzib və Nadir – İrəvandakı hindistanlı səfirin saxtakarlığı - TƏHLİL

Hindistanın Ermənistandakı səfiri Nilakşi Saxa Sinxa isə avqustun 14-ünü “faciə” adlandırıb. Onun iddiasına əsasən, 1947-ci ildə ölkənin bölünməsi zamanı bir milyondan çox indus ölüb. Bu hadisə ilə bağlı “Hindistanın bölünməsinin dəhşətləri” adı altında sərgi də təşkil olunub.

“Hindistanda və səfirliklərimiz olan ölkələrdə bu xatirə tədbirini artıq ikinci ildir təşkil edirik. Holokost və erməni soyqırımına oxşar bu faciəyə dair təşkil olunan sərgilərdə nümayiş etdirilən fotolar vasitəsi ilə Hindistanın müstəqilliyini əldə etməsinin çətinliklərindən, əzablı yollarından bəhs edirik”.

44 günlük müharibədən sonra Hindistan Ermənistanı silahlandıran ölkələrdəndir. Hindistanın ISDN agentliyinin məlumatına görə, 2024-2025-ci maliyyə ilində Ermənistan Hindistandan 600 milyon dollar məbləğində silah alıb. Məlumata görə, onlar Ermənistana “Pinaka” raket sistemləri, pilotsuz uçuş aparatları əleyhinə sistemlər, tank əleyhinə sistemlər, başqa silah və hərbi texnika tədarük edib. Dörd Pinaka batareyasının və onlar üçün raketlərin tədarükünə dair müqavilə İrəvana 250 milyon dollara başa gəlib.

Təkcə, silah və hərbi texnika alveri bu iki ölkəni bir-birinə yaxınlaşdırmır. Nyu-Delhi İrəvana həm də türk və müsəlman düşmənliyinə görə də dəstəkləyir, yardım edir.
Yada düşən Övrəngzib və Nadir – İrəvandakı hindistanlı səfirin saxtakarlığı - TƏHLİL

Azərbaycanla Pakistan arasında münasibətlərin yüksək səviyyədədir. Cammu və Kəşmir münaqişəsinin həllində rəsmi Bakı hər zaman beynəlxalq sənədlərin, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnaməsinin icrası tərəfdarı olub.

Torpaqlarını azad edərkən də Pakistan Azərbaycana dəstək verib. Hakimiyyət dəyişsə də, Ermənistan torpaqları işğal altında saxladığı illərdə rəsmi İslamabad bu ölkəni tanımayıb, onunla diplomatik münasibət qurmayıb.

Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra Pakistan Ermənistanla əlaqələrinin yaranmasına baxa biləcəyini bildirib. Ancaq hələ ki bu istiqamətdə addım atılmayıb.
Yada düşən Övrəngzib və Nadir – İrəvandakı hindistanlı səfirin saxtakarlığı - TƏHLİL

Hindistan Cənubi Qafqazda Pakistanının nüfuzunun artmasından narahat olduğu üçün ona qarşı Ermənistandan başqaları kimi istifadə etməyə çalışır. Səfirin çıxışında vurğulanan “erməni soyqırımı” da bu məqsədlə deyilmiş ifadədir.

Çünki Hindistan dövlət olaraq bu qondarma iddianı rəsmi şəkildə qəbul etməyib. Bunun əsas səbəblərindən biri Türkiyə münasibətlərinə Ermənistan görə xələl vurmaq istəməməsidir.

Üç il əvvəl İrəvanda Mahatma Qandinin heykəli və eyni adlı parkın açılışı olub. Ancaq səfirdən fərqli olaraq Hindistan xalqını böyük oğlu bu saxta soyqırımı qəbul etməyib. O, Birinci dünya müharibəsi illərində Osmanlı dövlətinin zərər çəkdiyini bildirib. Mahatma Qandi müharibənin sonunda Türkiyəyə qarşı ədalətsiz rəftarı pisləmişdi. O və Hindistan Milli Konqresi bu iddianı heç vaxt qəbul etməyib.
Yada düşən Övrəngzib və Nadir – İrəvandakı hindistanlı səfirin saxtakarlığı - TƏHLİL

Erməni saxtakarlığını qəbul etməməklə Qandi, habelə Hindistanın sonrakı dövlət başçıları özlərinə, təmsil etdikləri ölkəyə, münasibətlər hörmət ediblər. Çünki bu kimi məsələlərdə diqqət etməmək münasibətlərə xələl gətirir.

Hindistanın Ermənistandakı səfiri Nilakşi Saxa Sinxa isə bu məsələdə anti-türk və islamofob olduğunu gizlətməyib. Belə qənatətə gəlmək olar ki, xanım Nilakşi Sultan Sultan Övrəngzib - Aləmgir və Nadir şaha olan etnik hikkəsini “erməni soyqırımı” ifadəsini işlətməklə soyutmağa çalışıb. Sultan Övrəngzib 1658-1707-ci illərdə Hindistanın imperatoru olub. Hindistanın Maharaştra ştatında onun adına Övrəngabad şəhəri var. Bu Maratvada bölgəsinin inzibati paytaxtıdır. Övrəngabad sənaye, turizm mərkəzlərindəndir. Orada UNESCO tərəfindən qorunan Ajanta mağarası, Ellora mağarısı və daha bir neçə tarixi abidə var.
Yada düşən Övrəngzib və Nadir – İrəvandakı hindistanlı səfirin saxtakarlığı - TƏHLİL

Mirvari Məscid isə 1659-1660-cı illərdə Delhidə Sultan Övrəngzib tərəfindən tikdirilib.

Nadir şah Əfşar isə 1739-cu ilin martında Karnal döyüşündə qələbə qazanaraq Delhiyə daxil olub. Bu I Övrəngzibin ölmündən sonra Böyük Moğol imperiyasındakı çəkişmələrin aradan qaldırılmasında başlıca rollardan birini oynayıb.

Həmin dövrdə 3 ən böyük türk imperiyası var idi: Səfəvi (Əfşar), Osmanlı və Moğol.

Tarixi xatırlamaqla səfir xanımın, habelə Hindistanda türk, müsəlman düşmənliyinin və Ermənistan yaxınlığının səbəbini göstərməyə çalışdıq. Bu düşmənlik Nilakşi Saxa Sinxanın simasında öz əksini alıb. Düzdür, onun dövlətinin baş naziri Narendra Modinin islamofob olduğu çoxdan məlumdur. Ancaq o Övrəngzib və Nadir şaha olan nifrətini “hüquqi yolla” gizlətməyə çalışır. Səfir isə Hindistan dövlətinin tanımadığı yanlışlığı Holokostla müqayisə etməklə ermənilər kimi saxtakarlıq edib.(Report)


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi