hia.az
hia.az

Müdafiə Nazirliyinin daha bir sabiq rəisi həbs olundu

97 dəfə baxılıb 9-08-2024, 19:05

Müdafiə Nazirliyinin daha bir sabiq rəisi həbs olundu

Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi polkovnik Elmar Məmmədov həbs edilib.

Polkovnik korrupsiya cinayətlərinə görə məsuliyyətə cəlb edilib.

Sabiq idarə rəisi 10 gün əvvəl həbs edilən Mənzil-İstismar İdarəsinin Əsaslı və Cari Təmir bölməsinin sabiq müdiri Rəhim Laçınov və digərləri ilə əlbir olaraq xüsusilə külli miqdarda (659 min manat) dövlət vəsaitini mənimsəməkdə və külli miqdarda rüşvət almaqda ittiham olunur.

Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 311.3.2–ci (dələduzluq-təkrar törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Bakı Hərbi Məhkəməsinin qərarı ilə polkovnik Məmmədov haqda 4 aylıq həbs qətimkan tədbiri seçilib.(Qafqazinfo)


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi