hia.az
hia.az

Nazir onu rəis müavini təyin etdi

111 dəfə baxılıb 9-08-2024, 14:15

Nazir onu rəis müavini təyin etdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinə yeni rəis müavini təyin edilib.

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik Elvin Xanlar oğlu Mehdiyev təminat üzrə rəis müavini təyin olunub.

Qeyd edək ki, Elvin Mehdiyev bir müddət əvvəl Dövlət Yanğından Mühafizə Xidmətinin Maliyyə İdarəsinin rəisi vəzifəsindən azad edilib. O, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qohumudur. R.Mehdiyevin oğlu general-mayor Teymur Mehdiyev isə FHN rəhbərinin müavinidir.

Məlumat üçün bildirək ki, E.Mehdiyev əvvəllər Dövlət Gömrük Komitəsində də yüksək vəzifədə çalışıb.(Qaynarinfo)


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi