hia.az
hia.az

Trampla Harrisin debatı bu tarixdə olacaq

58 dəfə baxılıb 3-08-2024, 10:21

Trampla Harrisin debatı bu tarixdə olacaq

Keçmiş amerikalı lider və Respublikaçılar Partiyasının ABŞ prezidentliyinə namizədi Donald Tramp ölkənin vitse-prezidenti və seçkilərdəki rəqibi Kamala Harrislə sentyabrın 4-ü debatın aparılması barədə “Fox News” telekanalı ilə razılıq əldə edib.

Bu barədə siyasətçi “Truth Social” sosial şəbəkəsindəki hesabında yazıb.

Görüşün Pensilvaniya ştatında keçiriləcəyi gözlənilir, dəqiq yer və saat daha sonra müəyyənləşəcək.

Tramp izah edib ki, debatın sentyabrın 10-da ABC telekanalında keçirilməsi haqda razılıq daha aktual deyil, çünki Co Bayden namizədliyini geri çəkib. Bundan başqa, respublikaçı istəyir ki, onun Harrislə debatında tamaşaçılar iştirak etsin. O hesab edir ki, ABC platformasında debatların keçirilməsi bu teleşirkətin qeyri-obyektivliyi səbəbindən mümkün deyil.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi