hia.az
hia.az

COP29-a görə Bakıdakı bəzi şadlıq saraylarında toyların keçirilməsi təxirə salınıb

109 dəfə baxılıb 30-07-2024, 15:48

COP29-a görə Bakıdakı bəzi şadlıq saraylarında toyların keçirilməsi təxirə salınıb

Noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar paytaxtdakı bəzi şadlıq saraylarında toyların keçirilməsi təxirə salınıb.

"Report"un əldə etdiyi məlumata görə, artıq tədbirin baş tutacağı Bakı Olimpiya Stadionu ətrafındakı bəzi şadlıq sarayları noyabr ayı üçün sifarişləri qəbul etmir.

Onlar bunu COP29-la əlaqədar ölkəyə gələcək xarici vətəndaşların çoxluğu və bu mühüm tədbirin uğurlu keçirilməsi ilə bağlı paytaxtda yarana biləcək sıxlığın aradan qaldırılmasına dəstək göstərməkləri ilə əlaqələndirirlər.

Bakıdakı bir sıra restoranlardan əməkdaşımıza bildiriblər ki, noyabrın 8-dən 22-nə qədər toyların sifarişini qəbul etmirlər və əvvəlcədən həmin ay üçün qəbul olunan toy sifarişlərinin vaxtı dəyişdirilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi