hia.az
hia.az

Faciəvi şəkildə ölən şəxs dekan müavini imiş - Foto

126 dəfə baxılıb 29-07-2024, 15:45

Faciəvi şəkildə ölən şəxs dekan müavini imiş - Foto

Xəbər verdiyimiz kimi, Biləsuvarda 1976-cı il təvəllüdlü Quliyev Fövzü Manaf oğlu hündürlükdən yıxılaraq vəfat edib.

Fövzü Quliyev Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) dekan müavini olub.

Bildirilib ki, AzMİU-nun İnşaat fakültəsinin dekan müavini Fövzü Quliyev tikintisi davam edən iaşə obyektinin damından yıxılaraq faciəvi şəkildə ölüb.

Hadisə F.Quliyev Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin Müayinə qrupunun aparıcı mütəxəssisi olaraq Biləsuvar rayonu ərazisində vəzifə səlahiyyətlərini icra edərkən baş verib.

Mərhumun 2 övladı yadigar qalıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi